Avropa İnvestisiya Bankı Ukraynada sosial infrastrukturun yenidən qurulması üçün 55 milyon avro ayırıb

Avropa İnvestisiya Bankı Ukraynada sosial infrastrukturun yenidən qurulması üçün 55 milyon avro ayırıb Avropa İnvestisiya Bankı (AİB) Ukraynada sosial infrastrukturun yenidən qurulması üçün 55 milyon avro ayırıb.
Digər ölkələr
28 Dekabr , 2024 11:07
Avropa İnvestisiya Bankı Ukraynada sosial infrastrukturun yenidən qurulması üçün 55 milyon avro ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Ukraynada sosial infrastrukturun yenidən qurulması üçün 55 milyon avro ayırıb.

"Report" xəbər verir ki, bu barədə AİB məlumat yayıb.

Bildirilib ki, AİB 2025 və ondan sonrakı illərdə xəstəxanaların, sosial mənzillərin, təhsil müəssisələrinin, istilik, su və tullantı sistemlərinin və digər mühüm sosial infrastrukturun yenidən qurulması üçün Ukraynanın Bərpası Proqramı çərçivəsində 55 milyon avro vəsait ayırıb.

"Vəsait Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumi, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində proqram çərçivəsində təsis edilmiş 151 alt layihədən hər hansı biri üçün istifadə oluna bilər", - məlumatda qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl dekabrın 24-də Avropa İnvestisiya Bankı Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb.

Son xəbərlər

Orphus sistemi