Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı - YENİLƏNİB - VİDEO

Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı - YENİLƏNİB - VİDEO Federika Mogerini bildirib ki, təyyarədə ölənlər Avropa İttifaqının nümayəndələri deyil
Digər ölkələr
24 Oktyabr , 2016 11:37
Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı - YENİLƏNİB - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölən 5 nəfər Fransa vətəndaşıdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini "Twitter" səhifəsində yazıb. 

O, ölənlərin qurumun məmurları olması haqda məlumat təkzib edib: "Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

*** 

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, "Metroliner" tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub. 

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. 

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 

Son xəbərlər

Orphus sistemi