Bakı. 8 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini qurumun yanvarın 19-da keçiriləcək toplantısının gündəliyinə terrorçuluğa qarşı mübarizə məsələsini daxil edəcək.
"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir. "Mətbuat azadlığı əsas haqlarımızdandır və bu basqının dəyərlərimizi zəiflətməsinə imkan verməyəcəyik", - o deyib.
O, Fransa və hadisə qurbanlarının yaxınları ilə həmrəy olduğunu bildirib: "Avropa İttifaqı sizinlədir".
Mogerini qeyd edib ki, mübarizə aparmaq üçün terorçuluğun bütün formaları Aİ-nin xarici işlər üzrə Şurasının daim diqqət mərkəzindədir.