Avropa İttifaqı sərhədlərini bağlayır

Avropa İttifaqı sərhədlərini bağlayır 17 mart, yerli vaxtla saat 12.00-dan etibarən Avropa İttifaqı sərhədlərini bağlayır.
Digər ölkələr
17 Mart , 2020 00:18
Avropa İttifaqı sərhədlərini bağlayır

17 mart, yerli vaxtla saat 12.00-dan etibarən Avropa İttifaqı sərhədlərini bağlayır.

“Report” un yerli bürosu bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciətində deyib. 

E. Makron Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib. Belə ki, Şengen dövlətləri sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayacaq və bütün gəliş-gedişlər dayandırılacaq.

E.Makron bildirib ki, Avropa İttifaqı dövlətlərindən olmayan xarici ölkə vətəndaşlarının isə öz ölkələrinə qayıtması üçün lazımi şərait yaradılacaq.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə virusa yoluxanların ümumi sayı 6 633-ə, ölənlərin sayı isə 148-ə çatıb.

Son xəbərlər

Orphus sistemi