Aİ ölkələrinin sammiti Britaniya ilə "Brexit" üzrə danışıqların aparılması göstərişlərini qəbul edib

Aİ ölkələrinin sammiti Britaniya ilə "Brexit" üzrə danışıqların aparılması göstərişlərini qəbul edib Göstərişlər yekdilliklə qəbul edilib
Digər ölkələr
29 Aprel , 2017 21:39
Aİ ölkələrinin sammiti Britaniya ilə Brexit üzrə danışıqların aparılması göstərişlərini qəbul edib

Bakı. 29 aprel. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) 27 ölkəsinin sammiti "Brexit"lə əlaqədar Böyük Britaniya ilə danışıqların aparılması barədə göstərişləri qəbul edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk bildirib.

"Göstərişlər yekdilliklə qəbul edilib. "Brexit" üzrə danışıqların aparılması üçün 27 ölkənin möhkəm və ədalətli siyasi mandatı hazırdır", - deyə o, qeyd edib.

Qəbul olunan qərara görə, Breksitdən sonra Aİ üzvü ölkələrinə Böyük Britaniya ilə ikitərəfli əlaqələrlə bağlı danışıqlar aparmağa qadağa qoyulub.

Eyni zamanda, qərarda qeyd olunur ki, Böyük Britaniya Aİ-yə üzvlüyündən çıxandan sonra vahid Avropa bazarın iştirakçısı kimi qala bilər, amma bunun üçün müəyyən öhdəlikləri yerinə yetirməlidir.

Son xəbərlər

Orphus sistemi