Yuxarı
    Bağlamaq

    Avropa İttifaqı Belarusa qarşı sanksiyaları müvəqqəti olaraq dayandırır

    Rəsmilər sanksiyaların müddətinin uzadılmasını planlaşdırır

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı ölkələrinin nazirləri Belarusda avtoritar prezidenti Aleksandr Lukaşenkonun bazar günü yenidən prezident seçilməsinin ardınca ölkəyə qarşı sanksiyaların dayandırılmasına razılıq verib. “Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının sanksiyaları oktyabrın 31-i yenilənməlidir.

    Rəsmilər sanksiyaların müddətinin uzadılmasını və bundan sonra fevral ayına qədər dayandırılmasını planlaşdırır.

    Ancaq avropalı rəsmilər qeyd edir ki, səfərlərə qadağa və hesabların dondurulmasını nəzərdə tutan sanksiyalar “lazım gəlsə, dərhal yenidən qüvvəyə minəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi