Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini Assosiasiya Sazişinə daxil etməyi planlaşdırmır

Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini Assosiasiya Sazişinə daxil etməyi planlaşdırmır Bakı. 19 yanvar. REPORT.AZ/ Fələstinin dövlət kimi tanınması Avropa İttifaqının (Aİ) gündəliyində olan prioritet məsələlər arasında deyil, lakin İttifaq Fələstinlə Assosiasiya Sazişinin imzalanması ilə bağlı danışıqlara hazırlığa başlayacaq.
Digər ölkələr
19 Yanvar , 2018 16:06
Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini Assosiasiya Sazişinə daxil etməyi planlaşdırmır
Getty

Bakı. 19 yanvar. REPORT.AZ/ "Fələstinin dövlət kimi tanınması Avropa İttifaqının (Aİ) gündəliyində olan prioritet məsələlər arasında deyil, lakin İttifaq Fələstinlə Assosiasiya Sazişinin imzalanması ilə bağlı danışıqlara hazırlığa başlayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının anonim qalmağı istəyən yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

"Ola bilsin ki, bir-iki nazir Fələstinin tanınması məsələsini qaldırsın. Bəzi üzv ölkələr uzun illər əvvəl fərqli tərkibdə, bir ölkə isə bu yaxınlarda bu təklifi edib. Hesab edirəm ki, tanıma ölkələrin suveren qərarıdır. Buna toxunula bilər, amma bu məsələ Aİ səviyyəsində gündəm mərkəzində deyil", - Aİ nümayəndəsi deyib. 

Fələstinlə Assosiasiya Sazişi imzalanması ehtimalını şərh edən Aİ nümayəndəsi qeyd edib ki, saziş yalnız dövlətlərlə bağlanır.

Qeyd edək ki, yanvarın 22-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Yaxın Şərq məsələsi müzakirə olunacaq. Nazirlər həmçinin Fələstin dövlətinin başçısı Mahmud Abbasla da görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi