Avropa İttifaqı "Brexit"dən sonrakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqı "Brexit"dən sonrakı vəziyyəti müzakirə edəcək Bakı. 7 yanvar. REPORT.AZ/ Mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi zirvə görüşü Böyük Britaniyanın üzvlüyü tərk etməsindən sonra təşkilatın və Avropa demokratiyasının gələcəyinə həsr olunacaq.
Digər ölkələr
7 Yanvar , 2019 20:21
Avropa İttifaqı Brexitdən sonrakı vəziyyəti müzakirə edəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi zirvə görüşü Böyük Britaniyanın üzvlüyü tərk etməsindən sonra təşkilatın və Avropa demokratiyasının gələcəyinə həsr olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Brüssel şəhərindəki brifinq zamanı Avropa Komissiyasının baş sözçüsü Marqaritis Sçinas bildirib.

Onun sözlərinə görə, zirvə görüşü Böyük Britaniyanın martın 29-da Aİ-dən çəkilməsindən sonra, eyni zamanda mayın 23-26-da Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində baş tutacaq.

Xatırladaq ki, Rumıniya yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına sədrlik edəcək.

May ayında keçiriləcək seçkilər nəticəsində Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasət üzrə ali təmsilçisi Frederika Mogerini, həmçinin Avropa Şurasının sədri Donald Tusk əvəzlənəcəklər.

Son xəbərlər

Orphus sistemi