​Avropa İttifaqı Belarusun 24 vətəndaşını "qara siyahı"dan çıxarıb

​Avropa İttifaqı Belarusun 24 vətəndaşını "qara siyahı"dan çıxarıb Onların arasında prezidentin keçmiş köməkçisi və digər rəsmi şəxslər də var
Digər ölkələr
3 Avqust , 2015 20:39
​Avropa İttifaqı Belarusun 24 vətəndaşını qara siyahıdan çıxarıb

Bakı. 3 avqust. REPORT.AZ/ Avropa İttifaqı Belarusun 24 vətəndaşının adını "qara siyahı"dan çıxarıb. Həmin vətəndaşlar insan haqlarını pozmaqda günahlandırılaraq birtərəfli sanksiyaya məruz qalmışdılar.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "qara" siyahıdan çıxarılmış şəxslər sırasında Belarus prezidentinin keçmiş köməkçişi Nataliya Petkeviç, dövlət televiziyasının jurnalisti Yuri Prokopov, daxili işlər nazirinin keçmiş müavini Yevgeni Poluden və parlamentin Ali Palatasının keçmiş spikeri Anatoli Rubinov da var.  

Son xəbərlər

Orphus sistemi