Yuxarı

Aviqdor Libermanın rəhbərlik etdiyi partiya hakim koalisiyaya qoşulub

A.Lieberman müdafiə naziri postunu tutacaq

Bakı. 25 may. REPORT.AZ/ "İsrail bizim evimizdir" partiyası hakim koalisiyaya qoşulmaq və lideri Aviqdor Libermanın müdafiə naziri postunu tutmasıyla nazirlər kabinetində iştirak etmək barədə saziş imzalayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli televiziya A.Liberman və baş nazir Benyamin Netanyahunun iştirak etdiyi imzalama mərasimini canlı yayımlayıb.

"İsrail bizim evimizdir" partiyasının koalisiyada iştirakla bağlı şərtlərinin əks olunduğu sənədlər təsdiq olunması üçün Knessetə göndəriləcək. A.Libermanın növbəti həftə yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Moldova əsilli siyasətçi B.Netanyahunun hakimiyyəti dövründə iki dəfə Xarici İşlər Nazirliyinə başçılıq edib, amma 2015-ci ildəki seçkilərdən sonra müxalifətə qoşulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi