Yuxarı
    Bağlamaq

    Auşvits ölüm düşərgəsinin keçmiş zabiti 4 il həbsə məhkum edilib

    Oskar Qroeninq “mənəvi günahı” olduğunu boynuna alıb

    Bakı. 15 iyul. REPORT.AZ/ Almaniya məhkəməsi İkinci Dünya Müharibəsi dövrü Auşvits (Osventsim) ölüm düşərgəsində mühasib işləmiş 94 yaşlı keçmiş nasist zabiti dörd il həbs cəzasına məhkum edib.

    Bu barədə "Report" Amerikanın səsinə istinadən xəbər verir.

    Lueneburq şəhərinin məhkəməsi Oskar Qroeninqi 300 mindən artıq sayda qətl hadisəsində iştirak etməkdə günahkar tanıyıb.

    İddiaçıların vəkili məhkəmənin qərarını Auşvits düşərgəsnin bütün qurbanlarının qəlbəsi olduğunu deyib.

    Oskar Qroeninq ölüm düşərgəsində işlədiyini vaxt 1944-cü ilin may ayından iyul ayında qədər oraya gətirilən yəhudilərdən pul və onların əşyalarını topladığını etiraf edib. Yəhudilərin çoxu düşərgəyə gətirildikdən az sonra qaz kameralarında qətlə yetirilib.

    “Auşvitsin mühasibi” ləqəbi ilə tanınan Oskar Qroeninq əməllərinə görə “mənəvi günahı” olduğunu boynuna alıb. Lakin o, məhbusların qətlində heç vaxt birbaşa iştirak etmədiyini deyib.

    Aprel ayında məhkəmə prosesinin açılışında Oskar Qroeninq “mənim mənəvi günahı bölüşdüyümə dair heç bir sualım yoxdur” deyib. Məhkəmə prosesində Holokost qurbanlarının qohumları və ölüm düşərgələrində sağ qalmış 70-dən çox adam iştirak edib.

    Oskar Qroeninq çoxu yəhudi olan əsirlərin qaz kameralarında öldürüldüyünü bildiyini deyib. O bağışlanmasını istəyərək deyib ki, onun günahkar olduğunu məhkəmə müəyyən edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi