Atlantik okeanı üzərində "Mariya" tropik fırtınası formalaşıb

Atlantik okeanı üzərində "Mariya" tropik fırtınası formalaşıb Hazırda fırtına Kiçik Antil adalarından təqribən min km aralıdadır
Digər ölkələr
17 Sentyabr , 2017 02:58
Atlantik okeanı üzərində Mariya tropik fırtınası formalaşıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Atlantik okeanı üzərində, Karib dənizi hövzəsi yaxınlığında "Mariya" tropik fırtınası formalaşıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlıqları Mərkəzi məlumat yayıb.

Mərkəz ekspertlərinin məlumatına görə, hazırda fırtına Kiçik Antil adalarından təqribən min km aralıdadır və saatda 32 km sürətlə qərbə doğru irəliləyir.

Meteoroloqların proqnozuna görə, "Mariya" gələn həftənin əvvəlinə qədər qasırğaya qədər güclənəcək.

Həmçinin qeyd olunur ki, həftənin ortalarınadək qasırğa Virgin və Puerto-Riko adalarına çata bilər.

Son xəbərlər

Orphus sistemi