Yuxarı

​ATƏT: Ukraynanın şərqində vəziyyət pisləşib

Şəhər və rayonlarda döyüşlər yenidən bərpa olunub

Bakı. 13 İyul. REPORT.AZ/ "Son aylar Ukraynada vəziyyət əhəmiyyətli dərəcədə pisləşib".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının rəhbəri Ərtoğrul Apakan məlumat verib.

"Aprelin 23-də Daimi Şurada sonuncu məruzəmdən sonra Ukraynanın şərqində vəziyyət pisləşib. Hər iki tərəfdən atəşkəs rejiminin pozulması halları artıb, zorakılığın yayılma sahəsi genişlənib, son bir neçə ayda sakitçiliyin hökm sürdüyü şəhər və rayonlarda döyüşlər yenidən bərpa olunub", - Apakan bildirib.

O, həmçinin əlavə edib ki, dinc sakinlərin həyatı təhlükə altındadır, çünki hərbi əməliyyatlar səbəbindən bir çox şəhərlərdə su təchizatı infrastrukturu sıradan çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi