ATƏT sədri təşkilatın Ukraynadakı missiyasına dəstəyini ifadə edib

Digər ölkələr
  • 11 fevral, 2022
  • 21:46
ATƏT sədri təşkilatın Ukraynadakı missiyasına dəstəyini ifadə edib

ATƏT-in sədri və Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynaya səfərindən sonra təmas qrupuna və təşkilatın ölkədəki missiyasına dəstəyini bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, Rau ATƏT-in koordinatoru Yaşar Çevik, təşkilatın fəaliyyətdə olan sədrinin Ukraynada və Üçtərəfli Təmas Qrupundakı xüsusi nümayəndəsi Mikko Kinnunen və ATƏT-in Ukrayna üzrə layihə koordinatoru Henrik Villadsenlə görüşüb.

"Görüş zamanı nazir Rau üçtərəfli təmas qrupunun və xüsusi monitorinq missiyasının işinə tam dəstəyini ifadə edib", - sədrin Ukraynaya səfərinin yekunlarına dair məlumatda deyilir.