Yuxarı

ATƏT nümayəndəsi: "Kontakt qrupunun təhlükəsizlik üzrə altqrupu mayın 19-da toplantısını keçirə bilər"

Huqun sözlərinə görə, qrupun bütün üzvləri iclasın Ukraynada keçirilməsini istəyib

Bakı. 15 may. REPORT.AZ/ Kontakt qrupunun təhlükəsizlik üzrə işçi altqrupu mayın 19-da Ukraynada toplana bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bildirib. 

"Mayın 19-da ATƏT-in Ukraynadakı missiyasının rəhbəri Ertoğrul Apakanın rəhbərlik etdiyi təhlükəsizlik üzrə işçi qrupunun görüşü keçiriləcək. Qrupun bütün üzvləri görüşün Ukraynada keçirilməsini istəyib".

Məlumatda bildirilib ki, görüşədək Ukraynanın Şirokino rayonun demilitarizasiyası, eləcə də Donbassdakı ağır hərbi texnikanın çıxarılması haqda iki sənəd hazırlanmalıdır.

ATƏT-in humanitar məsələlər üzrə başqa yarımqrupu isə mayın 18-25-də əsirlərin dəyişdirilməsi və humanitar yüklərin çatdırılması məsələlərini müzakirə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi