ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib Səfər çərçivəsində İvica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Digər ölkələr
31 May , 2015 22:07
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlib

Bakı. 31 May. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvica Dacic Azərbaycana rəsmi səfərə gəlib. 

"Report"un məlumatına görə, səfər çərçivəsində İvica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra iyunun 1-də Xarici İşlər Nazirliyində KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriləcək.

Səfər iyunun 1-də başa çatacaq. Dacic daha sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Son xəbərlər

Orphus sistemi