Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb

Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb Müzakirələrdə Rusiya, İran və Türkiyə nümayəndələri iştirak edib
Digər ölkələr
22 Yanvar , 2017 20:45
Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyaya dair danışıqlar ərəfəsində Rusiya, Türkiyə və İranın nümayəndə heyətlərinin müzakirəsi başa çatıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.

Məlumatda bildirilir ki, danışıqlar 5 saat yarımdan çox davam edib.

Rusiya və İranın ikitərəfli formatda davam etmiş 15 dəqiqəlik görüşünə sonradan Türkiyə nümayəndəsi də qatılıb. Müzakirələrdə hər 3 ölkədən bir nəfər iştirak edib.

Daha əvvəl bildirilirdi ki, tərəflər görüşdə Suriya danışıqlarının iştirakçılarına təqdim ediləcək sənədi hazırlamağa hazırlaşırlar.

Suriya danışıqlarına dair beynəlxalq görüş Astanada, yanvarın 23-də başlayacaq. Danışıqların 2 gün davam edəcəyi bildirilir. 

Artıq Qazaxıstanın paytaxtına Rusiya, İran və Türkiyənin nümayəndələri, habelə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturi gəlib.

Son xəbərlər

Orphus sistemi