Astana formatında Suriya üzrə növbəti danışıqların tarixi açıqlanıb
- 08 dekabr, 2021
- 02:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 21-22-də Nur-Sultanda Suriya üzrə Astana formatında beynəlxalq görüş keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Diplomatın sözlərinə görə, bütün tərəflər - qarant ölkələr və müşahidəçilər danışıqların 17-ci raundunda iştirak edəcəklərini təsdiqləyiblər.
Suriya üzrə Astana formatında danışıqların əvvəlki raundu iyulun 7-8-də Nur-Sultanda keçirilib. Onlar Suriyadakı mövcud vəziyyət, humanitar yardımların çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin bərpası, əsirlərin mübadiləsi, məhbusların azad edilməsi, eləcə də itkin düşənlərin axtarışı kimi məsələləri müzakirə ediblər.
Suriya üzrə Astana formatında danışıqlar 2017-ci ildən aparılır. Əsas iştirakçı ölkələr Türkiyə, Rusiya və İrandır.