Assanj BMT-nin onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olmağa hazırdır

Assanj BMT-nin onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olmağa hazırdır BMT-nin Assanjın azad olunmasıyla bağlı qərarını feralın 5-də verəcəyi gözlənilir
Digər ölkələr
4 Fevral , 2016 09:56
Assanj BMT-nin onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olmağa hazırdır

Bakı. 4 fevral. REPORT.AZ/ "WikiLeaks" saytının yaradıcısı Culian Assanj onun şikayətini nəzərdən keçirən BMT-nin qanunsuz azadlıqdan məhrum edilmə üzrə işçi qrupunun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olacağını bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "WikiLeaks"in "twitter"dəki rəsmi hesabında məlumat verilib.

C.Assanjın dilindən yayılmış bəyanatda deyilir: "Sabah BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü günorta səfirlikdən çıxıb Britaniya polisinə təslim olacam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qazansam və dövlət tərəfinin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını tələb edəcəm".

BMT-nin Assanjın azad olunmasıyla bağlı qərarını feralın 5-də verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi