Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya və Belarus hərbi-siyasi rəhbərliyinin Ukraynadakı cinayətlərə görə məsuliyyət daşımasına dair təklifi dəstəkləyib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko deyib.
O bildirib ki, assambleya Rusiya və Belarus rəhbərləri ilə bağlı tribunalın yaradılmasını dəstəkləyib.
Deputatın sözlərinə görə, tribunalın keçiriləcəyi yer kimi Niderlandın Haaqa şəhəri təklif olunur.
Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti Rusiya Prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnaməni təsdiqləyib.