​Asiyada zəlzələ qurbanlarının sayı 260 nəfəri ötüb

​Asiyada zəlzələ qurbanlarının sayı 260 nəfəri ötüb Güclü təkanlar Azərbaycanda da hiss olunub
Digər ölkələr
27 Oktyabr , 2015 04:59
​Asiyada zəlzələ qurbanlarının sayı 260 nəfəri ötüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Asiyada 7,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 260 nəfəri ötüb, mindən çox insan zərər çəkib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ciddi dağıntılar Pakistan və Əfqanıstanda baş verib.

Güclü yeraltı təkanlar Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Azərbaycanda da hiss olunub.

Geoloqların məlumatına görə, zəlzələnin episentri Kabilin şimal-şərqində olub.

Ucqar yaşayış məntəqələrindən məlumat daxil olmadığından, ölənlərin sayının artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi