Arizona ştatındakı restoranda atışma olub, iki nəfər ölüb, bir nəfər yaralanıb

Arizona ştatındakı restoranda atışma olub, iki nəfər ölüb, bir nəfər yaralanıb Hazırda hadisənin detalları araşdırılır
Digər ölkələr
15 aprel 2017 07:04
Arizona ştatındakı restoranda atışma olub, iki nəfər ölüb, bir nəfər yaralanıb

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ-da Arizona ştatında aprelin 15-də yerli vaxtla gecə saatlarında ticarət mərkəzlərindən birindəki restoranda baş verən atışma nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu haqda yerli polis rəisi Pima Kodi Qress bildirib.

Onun sözlərinə görə, atışma ştatın Tuson şəhərinin şimalında “La Encantada” ticarət mərkəzindəki “Firebirds” restoranında olub: “Onlar tanış olublar. Lakin münasibətlərinin səviyyəsi bizə məlum deyil”.

Qeyd edək ki, atışma mübahisə nəticəsində baş verib. Hazırda hadisənin detalları araşdırılır.

Son xəbərlər

Orphus sistemi