Argentinanın sabiq prezidenti Kristina Kirşner məhkəmə qarşısına çıxacaq

Argentinanın sabiq prezidenti Kristina Kirşner məhkəmə qarşısına çıxacaq Argentinalı hakim Klaudio Bonadio senator və Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerə qarşı dövlət vəsaitlərindən israf şəkildə istifadə etməklə bağlı cinayət işi başladılmasına sanksiya verib.
Digər ölkələr
29 Mart , 2019 10:21
Argentinanın sabiq prezidenti Kristina Kirşner məhkəmə qarşısına çıxacaq
AFP

Argentinalı hakim Klaudio Bonadio senator və Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşnerə qarşı dövlət vəsaitlərindən israf şəkildə istifadə etməklə bağlı cinayət işi başladılmasına sanksiya verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, 2007-ci ildən 2015-ci ilə qədər xanım Kirşnerin göstərişi ilə prezident aviaparkındakı təyyarələrdən onun ailəsinin evlərinin yerləşdiyi El-Kalafate və Rio-Qalyeqos şəhərlərinə qəzet daşınması üçün istifadə olunub.

"İstifadə olunan təyyarədən asılı olaraq, hər bir uçuş dövlət büdcəsinə 86 660 - 476 500 pesoya (2000 dollardan 11000 dollaradək) başa gəlib", - məhkəmə qərarında deyilir.

Son xəbərlər

Orphus sistemi