​Argentinanın sabiq prezidenti Kristina Kirşnerin məhkəmə prosesi başlayıb

​Argentinanın sabiq prezidenti Kristina Kirşnerin məhkəmə prosesi başlayıb Keçmiş prezident bir sıra maddələr üzrə ittiham edilir
Digər ölkələr
6 İyul , 2016 21:18
​Argentinanın sabiq prezidenti Kristina Kirşnerin məhkəmə prosesi başlayıb

Bakı. 6 iyul. REPORT.AZ/  Argentinanın paytaxtı Buenos-Ayres şəhərində  sabiq prezidenti Kristina Kirşnerin işi üzrə məhkəmə prosesi başlayıb. "Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

"Kristina Kirşner hakim Klaudio Bonadio qarşısında cavab vermək üçün məhkəmənin zalına gəlib" – deyə "Infobae" nəşri yazır.

Xatırladaq ki, hakim Klaudio Bonadio may ayında Kristina Kirşner, habelə keçmiş iqtisadiyyat naziri Akselya Kisilofa, həmçinin Argentinanın Mərkəzi Bankının sabiq başçısı Alexandro Vanoli barəsində cinayət işi qaldırıb. Keçmiş prezident bir sıra maddələr üzrə, o cümlədən prezidentliyi dövründə Argentina Mərkəzi Bankının 15 milyard dollar məbləğində müddətli müqavilələri aşağı qiymətlərlə satmaqda ittiham edilir.

İttiham olunanların hər birinin əmlakına 1 milyon dollar həbs qoyulub.

Son xəbərlər

Orphus sistemi