Argentinanın qərbində zəlzələ baş verib

Argentinanın qərbində zəlzələ baş verib La Rioxo əyalətindəki yeraltı təkanlar 5,6 bal gücündə olub
Digər ölkələr
1 Avqust , 2017 12:15
Argentinanın qərbində zəlzələ baş verib

Bakı. 1 avqust. REPORT.AZ/ Argentinanın qərbində yerləşən La Rioxa əyalətində 5,6 bal gücündə zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar Qrinviç vaxtı üzrə saat 06:13-də qeydə alınıb.

Zəlzələnin episentri Vinçina yaşayış məntəqəsindən 53 km qərbdə yerləşib. Zəlzələ ocağı 85,1 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar, dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi