Argentinada hökumət əleyhinə aksiyada qarşıdurma olub - YENİLƏNİB

Argentinada hökumət əleyhinə aksiyada qarşıdurma olub - YENİLƏNİB Argentinada parlamentin yuxarı palatasının ölkə Prezidenti Xavyer Miley hökumətinin təqdim etdiyi islahatlar paketini nəzərdən keçirməyə başlamasından əvvəl yüzlərlə etirazçı Konqresin binası qarşısına toplaşıb.
Digər ölkələr
13 İyun , 2024 03:18
Argentinada hökumət əleyhinə aksiyada qarşıdurma olub - YENİLƏNİB

Buenos-Ayresdə Konqresin binası qarşısında hökumət əleyhinə aksiyanın iştirakçıları ilə polis arasında toqquşma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, polisin baryerlər qurmasından sonra bir qrup nümayişçi asayiş keşikçilərinə butulka, çubuq, daş və səki plitələri atmağa başlayıb, həmçinin avtomobili yandırıb.

Polis bunlara gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.

Son məlumatlara görə, Konqresin binası qarşısında keçirilən aksiyada minlərlə insan iştirak edir.

Çərşənbə günü parlamentin yuxarı palatasında qanun layihəsinə baxılması prosesi başlayıb. Bu, hökumətin iqtisadiyyatın tənzimlənməsinin ləğvinə yönəlmiş islahatlar paketini parlamentdən keçirmək üçün ikinci cəhdidir. Birinci versiya 600-dən çox maddədən ibarət idi və ötən il dekabrın sonunda Konqresə göndərilib. Fevral ayında bəndlər üzrə uğursuz səsvermədən sonra hökumət qanun layihəsini geri çağırıb. Müxalifətin təzyiqi ilə dəyişdirilən yeni mətn apreldə parlamentin aşağı palatası tərəfindən təsdiqlənib.

12.06.2024.22:49

Argentinada parlamentin yuxarı palatasının ölkə Prezidenti Xavyer Miley hökumətinin təqdim etdiyi islahatlar paketini nəzərdən keçirməyə başlamasından əvvəl yüzlərlə etirazçı Konqresin binası qarşısına toplaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Konqresin binası yaxınlığında polisin iştirakı nəzərəçarpacaq dərəcədə artıb, lakin hələlik vəziyyət sabitdir.

Məlumata görə, nümayişçilər arasında ictimai və həmkarlar ittifaqı birliklərinin üzvləri üstünlük təşkil edir, onlar əllərində “Əsaslar haqqında qanuna yox”, “Vətən satılmır”, “Miley, bəsdir” yazıları olan plakatlar və plakatlar tutublar.

“Bu qanun layihəsi elə düşünülüb ki, yeganə faydalananlar iqtisadi inhisarlar olacaq, Argentina xalqı isə kasıb və yoxsul qalacaq. İnsanlar bu gün senatorlardan “Əsaslar haqqında qanun”un əleyhinə səs vermələrini xahiş etmək üçün buraya toplaşıblar, düşünürəm ki, bu anda ölkədə belə düşünənlər üstünlük təşkil edir”, - hökumətin keçmiş sədri və vitse-prezidentliyə keçmiş namizəd Aqustin Rossi jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, ötən il dekabrın 10-da Prezident kimi fəaliyyətə başlayan Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok tədbirlərinin görülməsinin vacibliyini bildirib.

Son xəbərlər

Orphus sistemi