Argentinada mülki şəxslərə odlu silah almaq qadağan ediləcək

Argentinada mülki şəxslərə odlu silah almaq qadağan ediləcək Argentina hökuməti mülki şəxslərə odlu silah almağı qadağan edəcək.
Digər ölkələr
18 Oktyabr , 2019 22:42
Argentinada mülki şəxslərə odlu silah almaq qadağan ediləcək

Argentina hökuməti mülki şəxslərə odlu silah almağı qadağan edəcək.

“Report” xəbər verir ki, bu barədə Argentina Respublikasının Prezidenti Maurisio Makri bəyan edib.

“Biz odlu silahları tamamilə qadağan edəcəyik. Bu gün qanun sizə güllə keçirməyən gödəkçələri və zirehli qapıları dəlib keçəcək silahlar almağa imkan verir. Bu yalnız mafiya və cinayətkarlara fayda gətirir” deyə, prezident əlavə edib.

Prezidentin sözlərinə görə, mülki şəxslərə odlu silah almaq və ya gətirmək, silahı saxlamaq, üstündə gəzdirmək, habelə istehsal etmək qadağan ediləcək.

Son xəbərlər

Orphus sistemi