Argentinada həyat yoldaşına ad günü keçirən prezidentin fotoları qalmaqal yaradıb - FOTO

Argentinada həyat yoldaşına ad günü keçirən prezidentin fotoları qalmaqal yaradıb - FOTO Argentinanın birinci xanımının karantin dövründə doğum günü qeyd etməsinə dair fotoşəkillərin mətbuatda yaylması ölkənin siyasi dairələrində qalmaqala səbəb olub.
Digər ölkələr
14 Avqust , 2021 03:47
Argentinada həyat yoldaşına ad günü keçirən prezidentin fotoları qalmaqal yaradıb - FOTO

Argentinanın birinci xanımının karantin dövründə doğum günü qeyd etməsinə dair fotoşəkillərin mətbuatda yaylması ölkənin siyasi dairələrində qalmaqala səbəb olub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, müxtəlif nəşrlər ad günü məclisində 12 nəfərin iştirak etdiyini, masa ətrafında maskasız əyləşdirklərini və sosial məsafəyə riayət etmədiklərini göstərən şəkillər yayımlayıb.

“TN” telekanalına görə, fotoşəkillər keçən ilin iyul ayında, tədbirlərin qadağan edildiyi və ciddi karantin qaydalarının qüvvədə olduğu vaxt dövlət başçısı Alberto Fernandesin iqamətgahında çəkilib.

Öz növbəsində ölkə rəhbəri karantin zamanı qonaqlar qəbul etdiyini etiraf edib. Onun sözlərinə görə, yanına yüzlərlə insan - qubernatorlar, nazirlər, aktyorlar, futbolçular, köməyə ehtiyacı olan insanlar gəlib:

“İyulun 14-də, sevgili Fabiolanın (birinci xanım - Red.) ad günü şərəfinə qədəh qaldırmaq üçün məclis təşkil edilib, etməməli idim, buna görə peşmanam. Bu bir daha olmayacaq”.

Müxalifətdə olan millət vəkilləri isə Fernandesin impiçmentini tələb etmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi