Argentinada güclü zəlzələ baş verib

Digər ölkələr
  • 17 iyul, 2023
  • 04:47
Argentinada güclü zəlzələ baş verib

Argentinada 6,6 ​​bal maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Mərkəz UTC vaxtı ilə saat 03.05-də (Bakı vaxtı ilə saat 07:05) 4,3 min nəfərin yaşadığı Lonqopue şəhərindən 25 km aralıda yeraltı təkanı qeydə alıb.

Mərkəzin məlumatına görə, zəlzələ ocağı 171 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

44 filmi