Argentina prezidentinin təyyarəsi təcili eniş edib

Argentina prezidentinin təyyarəsi təcili eniş edib Makrini, onun xanımını və qızını administriya əməkdaşlarının avtomobili aparıb
Digər ölkələr
18 Noyabr , 2017 07:11
Argentina prezidentinin təyyarəsi təcili eniş edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Argentina prezidenti Mauruisio Makrinin olduğu təyyarə fırtına səbəbindən məcburi eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Telam" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarədən endikdən sonra Makrini, onun xanımını və qızını administriya əməkdaşlarının avtomobili aparıb. Onun göyərtəsində olduğu təyyarə Mar-del-platadan Çapadmalal yaşayış məntəqəsindəki iqamətgaha doğru uçurmuş. Ölkə lideri istirahətini orda keçirməyə hazırlaşırmış.

Qeyd edək ki, prezident Argentinanın Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın yoxa çıxması haqda məlumatdan sonra da uşuşunu təxirə salmayıb. "San-Xuan" sualtı qayığı çərşənbə günü rabitə əlaqəsinə girməyib.

Son xəbərlər

Orphus sistemi