Argentina Prezidenti rəsmi statistikaya şübhə etdiyinə görə məhkəməyə verilib

Argentina Prezidenti rəsmi statistikaya şübhə etdiyinə görə məhkəməyə verilib Argentinada vəkil Valeria Karreras ölkə Prezidenti Alberto Fernandesi rəsmi yoxsulluqla bağlı məlumatları sorğuladıqdan sonra dövlət başçısını vəzifəsini icra etməməkdə günahlandıraraq məhkəməyə verib.
Digər ölkələr
6 Dekabr , 2023 05:02
Argentina Prezidenti rəsmi statistikaya şübhə etdiyinə görə məhkəməyə verilib

Argentinada vəkil Valeria Karreras ölkə Prezidenti Alberto Fernandesi rəsmi yoxsulluqla bağlı məlumatları sorğuladıqdan sonra dövlət başçısını vəzifəsini icra etməməkdə günahlandıraraq məhkəməyə verib.

“Report”un xəbərinə görə, bu barədə “A24” telekanalı məlumat yayıb.

"Statistika və siyahıyaalma İnstitutu tərəfindən verilən məlumatların müəyyən manipulyasiyalarını bilən və ya yalnız şübhələnən Prezident (vəziyyəti-red) qaydaya salmaq üçün tədbir görmədi, müvafiq şikayət vermədi və iddialarının doğruluğunu yoxlamadı. Şübhəsiz ki, dövlət qulluqçusunun vəzifələrinin yerinə yetirilməməsi - hərəkətsizlik var", - telekanal Karrerasın iddiasından sitat gətirib.

Vitse-prezident Kristina Fernandes de Kirşnerin ətrafının vəkili də səlahiyyət müddəti dekabrın 10-da başa çatacaq dövlət başçısının Argentinanı tərk etməsinə qadağa qoyulmasını istəyib. Fernandes daha əvvəl İspaniyada dərs demək niyyətini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi