Argentina deputatları böhrana görə maaşlarını dondurublar

Argentina deputatları böhrana görə maaşlarını dondurublar Argentina parlamentinin Aşağı və Yuxarı palatalarının sədrləri ölkədəki iqtisadi böhran səbəbindən deputatların maaşlarının yarım il müddətinə dondurulması barədə qərar veriblər.
Digər ölkələr
28 Dekabr , 2019 06:30
Argentina deputatları böhrana görə maaşlarını dondurublar

Argentina parlamentinin Aşağı və Yuxarı palatalarının sədrləri ölkədəki iqtisadi böhran səbəbindən deputatların maaşlarının yarım il müddətinə dondurulması barədə qərar veriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə deputatlar palatasının (aşağı palata) spikeri Serxio Massa bildirib.

"Fövqəladə vəziyyət (iqtisadi sahədə) bütün sektorlardan hərəkətlər tələb edir. Buna görə biz Deputatlar palatasının və Senatın qanunvericilərinin maaşlarını, ezamiyyət xərclərini 180 günlük dondurmağa qərar verdik", - deyə o, özünün "Twitter"dəki səhifəsindı yazıb.

O, paylaşıma qərarın şəkilini də əlavə edib.

Argentina artıq bir neçə ildir ki, iqtisadiyyatın artım sürətini bərpa edə bilmir və ən yüksək inflyasiyalı ölkələrin siyahısına daxildir.

Son xəbərlər

Orphus sistemi