Araşdırma: Təqribən 4 milyon britaniyalı yoxsulluq həddinə düşə bilər

Araşdırma: Təqribən 4 milyon britaniyalı yoxsulluq həddinə düşə bilər "Ölkədəki rekord yüksək məşğulluq da problemi həll etməyəcək"
Digər ölkələr
15 Fevral , 2017 14:10
Araşdırma: Təqribən 4 milyon britaniyalı yoxsulluq həddinə düşə bilər

Bakı. 15 fevral. REPORT.AZ/ Təqribən 4 milyon britaniyalı yoxsulluq həddinə düşə bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə sosial məsələlər üzrə ixtisaslaşan "Joseph Rowntree Foundation" (JRF) xeyriyyə fondunun araşdırmasında deyilir.

Araşdırmada qeyd olunur ki, inflyasiya 2020-ci ilin sonuna qədər britaniyalıların gəlirinin 10%-ni "yeyəcək", əmək haqqı artımı isə zəif olaraq qalacaq, hökumət isə həm də Böyük Britaniyanın Avropa İttifaqından çıxışı ilə əlaqədar sosial proqramları ixtisara salmağa davam edəcək.

JRF-nin hesablamalarına görə, ölkədəki rekord yüksək məşğulluq da problemi həll etməyəcək. Çünki aşağı əmək haqqı ilə işə qəbul olunmaq məcburiyyətində qalan insanların sayı gündən günə artır.

Son xəbərlər

Orphus sistemi