Yuxarı
    Bağlamaq

    Araqçi: İran-ABŞ danışıqlarında ciddi uğurdan bəhs etmək tezdir

    Danışıqlar 8 saat davam etsə də, irəliləyiş barədə danışmaq üçün əsas görmürəm

    Bakı. 15 yanvar. REPORT.AZ/ İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilən növbəti danışıqlar raundu "gərgin" və "işgüzar" mühitdə keçsə də ciddi uğurdan bəhs etmək hələlik tezdir.

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bəyan edib.

    Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri ilə iranlı həmkarı Məhəmməd Cavad Zarif arasında baş tutan görüş 8 saat davam edib ancaq buna baxmayaraq irəliləyiş barədə danışmaq üçün əsas yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi