Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb, ölənlər var

Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb, ölənlər var Ötən gecə Aralıq dənizilə Afrikadan Avropaya gedən miqrantları daşıyan qayıq İtaliyaya məxsus Lampedusa adası yaxınlığında qəzaya uğrayıb, nəticədə 7 nəfər dənizdə batıb.
Digər ölkələr
30 İyun , 2021 13:13
Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb, ölənlər var

Ötən gecə Aralıq dənizilə Afrikadan Avropaya gedən miqrantları daşıyan qayıq İtaliyaya məxsus Lampedusa adası yaxınlığında qəzaya uğrayıb, nəticədə 7 nəfər dənizdə batıb.

“Report” “RaiNews24”ə istinadən xəbər verir ki, İtaliya rəsmi qurumların açıqlamasına görə, adadan 5 milədək məsafədə baş verən qəza yerinə gələn xilasetmə xidməti 48 nəfəri sahilə çıxarıb.

Polis hadisənin səbəblərini araşdırır. İlkin ehtimala görə, qəzaya səbəb qayıqdakıların çox hərəkət etmələri olub.

Qeyd edək ki, Lampedusa adası miqrantların mühüm ara məntəqəsidir. Ötən gün adaya 4 qayıqla 136 miqrant gəlib.

Son xəbərlər

Orphus sistemi