Bakı. 31 may. REPORT.AZ/ Ötən gün İtaliyanın Taranto limanına Aralıq dənizində xilas edilmiş 700-dən çox afrikalı miqrant gəlib.
“Report” xəbər verir ki, onları sahilə Britaniyanın “Balvark” gəmisi gətirib.
Ümumilikdə ötən sutka ərzində İtaliyanı Afrika sahillərindən ayıran Siciliya körfəzində 4 min 200-dən artıq miqranta köməklik göstərilib. 22 xilasetmə əməliyyatı aparılıb. Qayıqlardan birində 17 nəfərin meyiti aşkar edilib.