Aralıq dənizində 2 min qaçqın xilas edilib

Aralıq dənizində 2 min qaçqın xilas edilib Miqrantlar Avropaya getmək istəyiblər
Digər ölkələr
24 May , 2016 08:07
Aralıq dənizində 2 min qaçqın xilas edilib

Bakı. 24 may. REPORT.AZ/ Aralıq dənizində Liviyadan Avropaya gedən təqribən 2 min qaçqın hərbçilər tərəfindən xilas edilib.

"Report" xəbər verir ki, bazar ertəsi İtaliyanın hərbi gəmiləri təqribən 500 qaçqını göyərtələrinə götürüblər, daha 800 nəfər "Sərhədsiz həkimlər" təşkilatının gəmilərinə mindirilib, digərləri isə İrlandiyanın hərbi gəmisində özlərinə sığınacaq tapıblar.

Qeyri-leqal miqrantlar Balkanlardan keçən quru yolu üzlərinə bağlandıqdan sonra Avropaya getmək üçün dəniz yolundan daha tez-tez istifadə etməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi