APEC-in adı dəyişdirilib

APEC-in adı dəyişdirilib Yaponiyanın bərpa üzrə naziri: “Mütərəqqi o deməkdir ki, bu birlik dünyada mövcud olanlardan ən qabaqcılı olacaq”
Digər ölkələr
11 Noyabr , 2017 12:32
APEC-in adı dəyişdirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) bundan sonra Əhatəli, Mütərəqqi Trans Sakit okean Əməkdaşlıq Təşkilatı adlandırılacaq. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu noyabrın 11-də Yaponiyanın bərpa üzrə naziri Tosimitsu Moteqi bildirib.

“Əhatəli - razılaşmalar yalnız ticarət sahəsini deyil, sərmayə, intelektual mülkiyyətin və başqa məsələlərin qorunması anlamındadır. Mütərəqqi o deməkdir ki, bu birlik dünyada mövcud olanlardan ən qabaqcılı olacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-da Vyetnamın Dananq şəhərində başlayıb. Toplantı bu gün yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi