Antoniu Quterreş: Qərb başqa güc mərkəzləri ilə dialoqa başlamalıdır

Antoniu Quterreş: Qərb başqa güc mərkəzləri ilə dialoqa başlamalıdır Qərb dünyadakı mövqeyini qoruyub saxlamaq üçün başqa güc mərkəzlərilə dialoqa başlamalıdır.
Digər ölkələr
19 Fevral , 2021 22:40
Antoniu Quterreş: Qərb başqa güc mərkəzləri ilə dialoqa başlamalıdır
Antoniu Quterreş

Qərb dünyadakı mövqeyini qoruyub saxlamaq üçün başqa güc mərkəzləri ilə dialoqa başlamalıdır.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterreş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən virtual tədbir zamanı bildirib.

“Qərb öz dəyərlərini, yəni maarifçilik, məntiq, dözümlülük, insan hüquqlarını qoruyub saxlamağın yollarını tapmalıdır. Bunun üçün dünyadakı başqa mühüm oyunçularla məzmunlu dialoqa başlamaq zəruri şərtdir”, - deyə təşkilat rəhbəri Qərbin öz mövqeyini əldən verməməsi üçün atacağı addımlara dair suala cavabında qeyd edib.

“Burada əvvəlcə Qərb ilə Çin arasındakı münasibətlər nəzərdə tutulur”, - deyə A.Quterreş vurğulayıb.

Son xəbərlər

Orphus sistemi