Antonio Koşta: Ukraynanı nə vaxtsa Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik

Antonio Koşta: Ukraynanı nə vaxtsa Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik Ukrayna ilə bağlı mövqemiz aydın olmalıdır. Biz Ukraynanı Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik.
Digər ölkələr
19 Dekabr , 2024 14:08
Antonio Koşta: Ukraynanı nə vaxtsa Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik
Antonio Koşta

Ukrayna ilə bağlı mövqemiz aydın olmalıdır.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının yeni prezidenti Antonio Koşta Şuranın iclasından əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Avropa İttifaqı şurasının iclasında iki vacib məsələ müzakirə olunacaq:

"Bunlardan biri Ukraynadakı vəziyyət, digəri isə dünyada Avropadır. Ukraynaya dəstək göstərməliyik və həmin ölkəni nə vaxtsa burada (Brüsseldə, Avropa İttifaqının qərargahında - red.) Avropa İttifaqının üzvü kimi salamlamaq istərdik. Həm buna, həm də hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ilə birlikdə çalışacağıq. Müharibə Avropa torpağında Ukrayna xalqına qarşıdır".

A.Koşta işğala qalib gəlməli olduqlarını vurğulayıb: "Birləşmiş Millətlər Təşkilatının nizamnamələrində əks olunmuş universal prinsiplər təhlükə altındadır. Söhbət öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü, təhlükəsiz sərhədlərə sahib olmaq hüquqda gedir".

Aİ Şurasının Prezidenti Avropanın hüdudlarından kənarda müxtəlif qitələrə baxmağın vacibliyindən də söz açıb:

"Şuranın ikinci müzakirə mövzusu dünyada Avropadır. Biz ikiqütblü yox, çoxqütblü dünyada yaşayırıq. Avropanın hüdudlarından kənarda müxtəlif qitələrə baxmalı və Yeni Zelandiyadan Braziliyaya qədər bütün dünyadakı tərəfdaşlarımızla çox güclü əlaqə yaratmalıyıq".

Son xəbərlər

Orphus sistemi