Yuxarı

Anomal yağan qar Çexiyanı iflic edib

Güclü qar səbəbindən qəzaların sayı kəskin artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Çexiyada güclü qarın yağması səbəbindən yollar demək olar ki, iflic vəziyyətinə düşüb, ölkədə çoxlu sayda yol qəzaları qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Çexiya radiosuna istinadən TASS məlumat yayıb.

"Güclü qar səbəbindən qəzaların sayı kəskin artıb. Təkcə günün birinci yarısında onların sayı 70-dən çox olub. Qar topalarının və buzbağlama əleyhinə vasitələrlə yol yataqlarının təmizlənməsi işlərinə kommunal xidmətlərin bütün qüvvələri cəlb olunub", – deyə radionun məlumatında bildirilir.

Ən ağır vəziyyət Praqada, eləcə də, ölkənin şimal, qərb və mərkəzi hissələrində müşahidə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi