Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə edib

Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə edib Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billström ilə adıçəkilən ölkənin NATO-ya qəbulu prosesini müzakirə edib.
Digər ölkələr
1 Fevral , 2024 22:32
Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billström ilə adıçəkilən ölkənin NATO-ya qəbulu prosesini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı nazirlər İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası prosesini, həmçinin Türkiyə-Finlandiya-İsveç Daimi Birgə Mexanizminin qarşıdan gələn iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi