Yuxarı

​Anjey Dudaya Polşa prezidenti vəsiqəsi təqdim olunub

O, vəsiqə təqdim edildikdən sonra ölkənin seçilmiş rəsmi prezidentdir

Bakı. 29 may. REPORT.AZ/ Polşanın Dövlət Seçki Komissiyası Anjey Dudaya prezident vəsiqəsini təqdim edib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, vəsiqənin təqdim edilməsi mərasimi ölkə paytaxı Varşavada Polşa kralının yay iqamətgahı olmuş Vilyanuvsk sarayında keçirilib.

Vəsiqə təqdim edildikdən sonra Anjey Duda ölkənin rəsmi seçilmiş prezidenti sayılır. Andiçmə mərasimi isə bu il avqustun 6-da keçiriləcək.

Qeyd edək ki, bu il mayın 24-də keçirilən prezident seçkisinin ikinci turunda Anjey Dudaya seçicilərin 51,55 faizi, yaxud 8 milyon 630 nəfər səs verib. Onun rəqibi, artıq keçmiş prezident Bronislav Komorovski isə səslərin 48,45%-ni toplayıb. Seçkidə seçicilərin 55,34%-i iştirak edib 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi