Almaniya kansleri Angela Merkelə koronavirusa qarşı "AstraZeneca" vaksininin birinci dozası vurulub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
“Mən şadam ki, bu gün (aprelin 16-da - red.) "AstraZeneca"nın birinci dozasını vurdurdum. Peyvənd olunma kampaniyasında iştirak edənlərə, vaksinasiya olunanlara təşəkkür edirəm. Peyvənd olunma pandemiyanı dəf etməyin açarıdır”, - Ş.Zaybert A.Merkelin sözlərini tvitter səhifəsində yazıb.
Kanzlerin #Merkel: „Ich freue mich, dass ich heute die Erstimpfung mit AstraZeneca bekommen habe. Ich danke allen, die sich in der Impfkampagne engagieren – und allen, die sich impfen lassen. Das Impfen ist der Schlüssel, um die Pandemie zu überwinden.“ pic.twitter.com/P4kMJYNrlc