Andrey Babiş: “Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil”

Andrey Babiş: “Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil” Çexiyanın baş naziri Andrey Babiş Avropa Parlamentini ölkənin daxili işlərinə və oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Digər ölkələr
12 İyun , 2021 06:13
Andrey Babiş: “Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil”

Çexiyanın baş naziri Andrey Babiş Avropa Parlamentini ölkənin daxili işlərinə və oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

“Report” xəbər verir ki, Avropa Parlamenti Çexiyanın baş nazirini tənqid edən qərar qəbul edib.

Qərara əsasən, Babiş kənd təsərrüfatının inkişafı üçün Avropa İttifaqı tərəfindən ayrılan subsidiyalardan sui-istifadə etməkdə şübhəli bilinir.

“Çexiya Avropa Parlamentinin müstəmləkəsi deyil. Onlar qətnaməni qəsdən qəbul ediblər. Vətəndaşlarımıza burada baş nazirin kim olacağını diktə edirlər. Bu, seçkilərə təsir göstərmək, “Pirat” partiyasına və müxalifətə kömək etmək üçün başqa bir cəhddir”,- Andrey Babiş tvitterdə yazıb.

Son xəbərlər

Orphus sistemi