Oxot dənizində Yaponiya və Rusiya gəmiləri toqquşub, ölənlər və xəsarət alanlar var
Digər ölkələr
- 26 may, 2021
- 02:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın balıqçı gəmisi "Day-xati Xokko-maru" Oxot dənizində Hokkaydo adasının Mombesu şəhəri sahillərində Rusiyanın "Amur" gəmisi ilə toqquşub.
“Report” xəbər verir ki, bu barədə şəhərin Dənizdə Təhlükəsizlik Xidmətinə istinadən NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə çərşənbə günü səhər olub. Qəza zamanı 3 nəfər xəsarət alıb.
“Kiodo” informasiya agentliyi isə bildirib ki, hadisə nəticəsində "Day-xati Xokko-maru" ekipajının bir neçə üzvü həlak olub. Qeyd edilir ki, qəza zamanı Yaponiya gəmisi çevrilib, heyət üzvləri dənizə düşüblər. Onların hamısı "Amur" gəmisinin göyərtəsinə qaldırılıb. Hadisə zamanı xəsarət almış üç yapon balıqçısı həlak olub.
Hadisənin başvermə səbəbi açıqlanmır.
Son xəbərlər
13:22
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:22
"Yandex" axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
İKT
13:19
SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb
Energetika
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi