Niderlandda hava limanında iki sərnişin təyyarəsi toqquşub

Niderlandda hava limanında iki sərnişin təyyarəsi toqquşub Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Sxiphol hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Digər ölkələr
9 İyul , 2019 17:30
Niderlandda hava limanında iki sərnişin təyyarəsi toqquşub

Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Sxiphol hava limanında iki sərnişin təyyarəsi toqquşub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Dutch News” yayıb.

Bildirilib ki, təyyarələr “EasyJet” və “KLM” hava şirkətlərinə məxsusdur.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

KLM şirkətinin “Airbus A320” təyyarəsi İspaniyanın paytaxtı Madridə, “EasJet”in “Boeing737-800” təyyarəsi isə Britaniyanın paytaxtı Londona uçurmuş. Qəzaya görə şirkətlər sərnişinləri başqa təyyarə ilə yola salıblar.

Son xəbərlər

Orphus sistemi