Amsterdamda atışma nəticəsində 3 nəfər yaralanıb

Amsterdamda atışma nəticəsində 3 nəfər yaralanıb İnsidentlə bağlı bir şübhəli şəxs saxlanılıb
Digər ölkələr
12 Noyabr , 2016 00:21
Amsterdamda atışma nəticəsində 3 nəfər yaralanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Niderlandın Amsterdam şəhərində atışma nəticəsində ən azı üç nəfər yaralanıb. İnsidentlə bağlı bir şübhəli şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə yerli "De Telegraaf" nəşri yazıb.

İnsident yerli kafelərdən birində baş verib. Şahidlər həmin zaman 5-6 atəşin açıldığını bildirirlər. Atışma müəssisə müştəriləri arasında təşvişə səbəb olub və onlar bayıra qaçıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazi dövrəyə alınıb, polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi