Hüquq müdafiəçiləri: Yəməndə hərbi cinayətlər törədilir

Hüquq müdafiəçiləri: Yəməndə hərbi cinayətlər törədilir Səudiyyə Ərəbistanı təşkilatın məlumatına münasibət bildirməyib.
Digər ölkələr
12 Oktyabr , 2015 21:21
Hüquq müdafiəçiləri: Yəməndə hərbi cinayətlər törədilir

Bakı. 12 oktyabr. REPORT.AZ/ İnsan hüquqlarının müdafiəsi qrupu Amnesty International Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Huti yaraqlılarına qarşı hava hücumlarını “hərbi cinayət” adlandırıb.

“Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, təşkilat bu qənaətə may və iyul ayları arasında Səda bölgəsində 13 hava hücumunu nəzərdən keçirdikdən sonra gəlib.

Amnesty International-ın əməkdaşı Raşa Məhəmmədin bildirdiyinə görə, hücumlar zamanı 59-u uşaq olmaqla, 100 nəfər mülki vətəndaş öldürülüb.

“İyul ayında həyata keçirilən hücum zamanı 9 ev dağılıb. 2 saat davam edən hücum nəticəsində 35-i 11 yaşdan aşağı uşaq olmaqla, 55 adam həlak olub.”

İnsan hüquqlarının müdafiəsi qrupu bildirir ki, hücumdan sonra istifadəsi beynəlxalq saziş tərəfindən yasaqlanan kaset bombalarının qəlpələri aşkar edilib.

Səudiyyə Ərəbistanı təşkilatın məlumatına münasibət bildirməsə də, daha əvvəl kaset bombalardan istifadə edilmədiyini və yalnız yaraqlıların hədəf aldındığını deyib.

Son xəbərlər

Orphus sistemi