Amerikalı milyarder Harvard Universitetinə ianə verməyi dayandırıb

Digər ölkələr
  • 22 dekabr, 2023
  • 07:49
Amerikalı milyarder Harvard Universitetinə ianə verməyi dayandırıb

ABŞ vətəndaşı olan milyarder Len Blavatnik Harvard Universitetinə ianə verməyi dayandırdığını bildirib.

“Report” xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

Məlumata görə, yəhudiəsilli Len Blavatnik bu addımı ali təhsil ocağının kampuslarında antisemitizm çıxış və fəaliyyətə rəhbərliyin laqeyd münasibətinə etiraz olaraq atdığını bildirib. O, Harvard Universitetinin məzunudur.

İnformasiyaya əsasən, o, indiyədək Harvarda 270 milyon dollardan çox ianə edib. Bildirilib ki, bu məbləğin 200 milyon dolları 2019-cu ildə Harvard Tibb Məktəbinə bağışlanıb. Bu isə kafedranın tarixində ən böyük tək ianə olub.

Qeyd edək ki, Leonid Valentinoviç Blavatnik 1957-ci il iyunun 14-də Ukraynanın Odessa şəhərində anadan olub. 1978-ci ildə ailəsi ilə birlikdə SSRİ-dən ABŞ-a mühacirət edib. Kolumbiya Universiteti və Harvard biznes məktəbində alim dərəcəsini qazanıb. Sərvətini Odessada 1990-cı illərdə özəlləşdirmə yolu ilə əldə edib. ABŞ və Böyük Britaniya vətəndaşıdır. 2015-ci ildə krallığın varlı siyahısına başçılıq edib. Kraliça II Yelizaveta 2017-ci ildə ona cəngavər rütbəsi verib. 2021-ci ildə də o, Britaniyanın ən varlı adamı kimi tanınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti